Biləsuvarda kişini küçədə güllələyən şəxs saxlanıldı - Yenilənib - FOTO

 15:16 02.03.2025     350

Bu gün saat 12:45 radələrində Biləsuvar rayonu ərazisində 1983-cü il təvəllüdlü Elməddin Cəfərova ov silahı ilə xəsarət yetirilməsi barədə polisə məlumat daxil olub.

Redaktor.az xəbər verir ki, DİN-in Mətbuat xidmətinin regional qrupundan APA-ya verilən xəbərə görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Raul Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb.

Şübhəli şəxsdən müvafiq qeydiyyatı olan ov tüfəngi götürülüb.

Hadisə tərəflər arasında yaranan mübahisə zəminində baş verib.

Fakta görə rayon polis şöbəsində cinayət işi başlanılıb, istintaq hərəkətləri aparılır.

14:31

***

Biləsuvar rayonunda güllənmə hadisəsi baş verib.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə Biləsuvar şəhəri Nizami küçəsində qeydə alınıb. 

Belə ki, rayon sakini, həmyerlisi 1983-cü il təvəllüdlü Cəfərov Elməddin Əzizağa oğlunu güllələyib.

Ayağından xəsarət alan yaralı rayon xəstəxanasına çatdırılıb.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.