Biləsuvarda ov tüfəngi ilə vurulan şəxsin vəziyyəti AÇIQLANDI

Biləsuvar rayonunda ov tüfəngindən xəsarət alan şəxsin səhhəti açıqlanıb.
Redaktor.az-ın məlumatına görə, TƏBİB-dən "Report"a bildirilib ki, bu gün saat 13:00 radələrində xəsarət alması səbəbilə 1983-cü il təvəlüdlü (kişi cinsli) şəxs Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Ona sağ aşağı ətrafın və qarının ön divarlarının çoxsaylı yarası diaqnozu təyin edilib.
Hazırda xəsarət alan şəxsin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir.
Vəziyyəti stabil olaraq qiymətləndirilir.
Qeyd edək ki, bu gün Biləsuvarda Raul Quliyev həmkəndlisi Elməddin Cəfərovu ayağından tüfənglə vurub.