İftara xoruz kəsmək istədi - Həyatından oldu

Türkiyənin Ankara şəhərinin Çubuk rayonunda iftar üçün həyətindəki xoruzu kəsmək istəyən 58 yaşlı Nurettin Ərdəm qan itkisindən ölüb.
Redaktor.az xəbər verir ki, ayağından yaralanan kişi rayon xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, o, böyrək çatışmazlığından əziyyət çəkən nəvəsinə donor olacaqmış.