İmişlidə 4 yaşlı uşaq inyeksiyadan şoka düşərək ölüb - YENİLƏNİB

Martın 2-də saat 18:50 radələrində 2021-ci il təvəllüdlü şəxs (qadın cinsli) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə bir neçə gün davam edən yüksək hərarət şikayəti ilə hospitalizasiya edilib.
Redaktor.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.
Məlumata görə, azyaşlı xəstəyə hipertermiya diaqnozu təyin olunub, zəruri tibbi yardım göstərilib: "Xəstənin vəziyyəti stabilləşdiyi üçün valideynlərinin istəyilə müalicəsinin Qaradonlu Ailə Sağlamlıq Mərkəzində davam etdirilməsi qərara alınıb.
Azyaşlıya Qaradonlu Ailə Sağlamlıq Mərkəzində tibbi yardım göstərilib. Lakin azyaşlı şok vəziyyətinə düşüb, reanimasiyon yardımın göstərilməsi məqsədi ilə pasiyent yenidən İmişli Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya edilib. Həkimlərin çoxsaylı cəhdlərinə və göstərilən bütün tibbi müdaxilələrə baxmayaraq, azyaşlının həyatını xilas etmək mümkün olmayıb. Ölümün bilavasitə səbəbinin dəqiqləşdirilməsi üçün meyit Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə (İmişli rayon) təşrih olunması üçün təhvil verilib".
09:10
***
İmişlidə 4 yaşlı uşaq infeksiyadan şoka düşərək ölüb.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə İmişli rayonunun Yalavac kəndində qeydə alınıb.
Hərarəti qalxan 4 yaşlı qıza kənd tibb məntəqəsində hərarətin düşməsi üçün antibiotik vurulub.
Vurulan iynədən şoka düşən uşaq bir neçə dəqiqədən sonra tibb məntəqəsində ölüb.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.