Bakıda kişi faciəvi şəkildə ÖLDÜ

 09:40 03.03.2025     104

Bakıda 45 yaşlı kişi dəm qazından zəhərlənərək ölüb.

Redaktor.az "Report"a istinadla xəbər verir ki, hadisə Nəsimi rayonu, F.Qasımov küçəsi ev 27 ünvanında qeydə alınıb.

Həmin mənzildə kirayə yaşayan, 1980-ci il təvəllüdlü kişi dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.