Ağdamda ailə üzvləri tortdan ZƏHƏRLƏNDİ

 10:50 03.03.2025     237

Ağdamda kütləvi zəhərlənmə halı qeydə alınıb.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə ötən gecə rayonun Əfətli kəndində baş verib. 1962-il təvəllüdlü Əsədova Gülbuta, 2001-ci il təvəllüdlü Əsədov Elçin, 2003-cü il təvəllüdlü Əsədov Elvin, 1993-cü il təvəllüdlü İsmayıllı İsmayıl, 2006-cı il təvəllüdlü Əsədova Türkan və 2006-cı il təvəllüdlü Piriyeva Nəzakət Ağdam rayon Mərkəzi xəstəxanasına zəhərlənmə əlamətləri ilə müraciət ediblər.

İlkin tibbi yardım göstərildikdən sonra onlar evə buraxılıblar.

Onların tortdan zəhərləndiyi ehtimal olunur.

Vumart və Güvən reklamı Vumart Güvən