Şəhid atası vəfat etdi - FOTO

 14:23 03.03.2025     209

Şəhid Kamran Quliyevin atası Dadaş Quliyev vəfat edib. 

Redaktor.az xəbər verir ki, bu barədə millət vəkili Günay Ağamalı məlumat verib.

"Bu gün mənim üçün çox ağır bir gündür. Şəhid Kamran Quliyevin atası, mənə atam qədər əziz olan ata haqqın dərgahına qovuşdu…

Onun səmimiyyəti, mərhəməti, qəlbinin nur saçan gözəlliyi sözlə ifadə edilməz. Hər gün səhər saat 6-da göndərdiyi duaları, xeyir-dua dolu səsini, Günü qızım kəlməsini heç vaxt unutmayacağam. Hər mesajında bir isti ata nəfəsi vardı, hər kəlməsində sonsuz xeyirxahlıq və sevgi…

Dadaş Ata, sizin yoxluğunuz böyük bir boşluq buraxdı… Ruhunuz duysun, siz dualarınızla, gözəl xatirələrinizlə həmişə bizimləsiniz. Sizi sevgi və ehtiramla xatırlayacağam. Uca Yaradan sizə rəhmət eləsin, ruhunuz şad olsun!", - deyə deputat bildirib. 

Qeyd edək ki, Kamran Quliyev Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra ölkə başçısı tərəfindən "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. Şəhidimizin iki övladı yadigar qalıb. 

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

Vasif ƏLİHÜSEYN 

 

Bir 3 nəfər və gülümsəyən insanlar şəkili ola bilər