Universitet nədir ki, uşaq buna görə özünü öldürür? - Yazıçı

 16:54 03.03.2025     158

"Yevlaxda məktəbli imtahandan az bal topladığına görə intihar edib. İnsan niyə bu qədər acizdir, görəsən? Adam heç intihar edər? Adam bu dünyadan uzaq başı küsər, sonra da barışar. Daha özünü öldürmək nədi? Niyə uşaqlarınızı bu qədər aciz böyüdürsünüz? Universitet nədir ki, uşaq buna görə özünü öldürür? Evdə verilən tərbiyyənin nəticəsidir. Yüz faiz qonşunun uşağı universitetə girib, bu girməyib. Az bal toplamısan, cəhənnəmə ki... Gül, boş ver getsin. Ya özündə güc tap, yenidən hazırlaş, ya da heç oxuma, təhsil alma, nolacaq? Hamının təhsili olmalıdır? Guya oxuyanlar ağ günə çıxıb?".

Redaktor.az xəbər verir ki, bunu yazıçı Kəramət Böyükçöl özünün "Facebook" səhifəsində yazıb. O, deyib kiş qız üstündə intihar eləyənlər də var:

"Sevdiyi qızı buna vermirlər, bu da gedib özünü öldürür. Bu ağılla, bu iradəsizliklə yaxşı ki, o qızı sənə verməyiblər. Çıxış yolu tapmırsansa deyim. Get qızla danış, de ki, məni sevirsən? Fədakarlıq etməyə hazırsan? Hə dedisə, vəssalam. De, onda tut əllərimdən getdik. Cəsarətin olsun. Qaçır. Kim sizə nə deyə bilər? Gedin dağların arasında bir çadır qurub yaşayın. Yemlik yeyin, otlayın, sərçə əti bişirib yeyin. Qoy ata-anası axtarsın, tapa bilməsin, dəli olsunlar, başlarına hava gəlsin. Həm də tapıb neyləyəcəklər? Öldürəcəklər? Qoy öldürsünlər, amma sən özünü öldürmə. Həm də onlar sizi tapana kimi nəvələri olacaq. Baxıb ürəkləri yumşalacaq, barışmaqdan başqa da yolları qalmayacaq. Bu qədər variantlar ola-ola adam ölümü seçər heç? Onsuz da öləcəksən də, əvvəl-axır bu can, bu bədən torpağın altında çürüyüb gedəcək. Bir də bu dünyaya gəlmək şansın yoxdu axı. Bu gözəl günəşdən, aydan, ulduzlardan, yerdən, göydən necə ayrıla bilirsən?

İnsan niyə bu qədər acizdi?".

Vasif