Şirvanda süpürgəçini avtomobil VURDU

Şirvanda kommunal təsərrüfat işçisini avtomobil vurub.
Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə Şirvan şəhəri H.Əliyev prospektində baş verib.
“Mercedes” markalı avtomobi yol kənarını süpürən Şirvan sakini, 1982-ci il təvəllüdlü İlahə İsmayılovanı vurub.
O, müxtəlif xəsarətlərlə Şirvan şəhər xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.