Göygöldə 4 nəfər dəm qazından öldü - Üçü bacı-qardaşdır

 09:40 05.03.2025     178

Göygöldə 4 nəfər dəm qazından zəhərlənərək ölüb. 

Redaktor.az xəbər verir ki, hadisə rayonun Aşıqlı kəndində baş verib.

Məlumata görə, vəfat edənlər 1990-cı il təvəllüdlü S. Müseyibova, 1999-cu il təvəllüdlü S. Hüseynli və onun bacıları - 2000-ci il təvəllüdlü M. Hüseynova və 2004-cü il təvəllüdlü X. Hüseynovadır.

Faktla bağlı araşdırma aparılır (Qafqazinfo).