Neft Emalı Zavodundakı yanğın söndürüldü - Yenilənib - VİDEO

 12:28 05.03.2025     381

FHN-in yaydığı son məlumata görə, zavoddakı yanğın zəruri və təxirəsalınmaz tədbirlər sayəsində genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb. 

Redaktor.az xəbər verir ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Yanğın geniş sahəyə yayılmasına imkan verilmədən FHN qüvvələri tərəfindən tam söndürülüb.

12:27

***

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən bildirilib ki, Neft Emalı Zavodunun ərazisində baş vermiş yanğınla bağlı əraziyə polis əməkdaşları cəlb olunub.
 
Redaktor.az ki, polis əməkdaşları tərəfindən ərazi mühafizəyə götürülməklə bütün zəruri təhlükəsizlik tədbirləri görülür.

10:34

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nizami rayonunda yerləşən Neft Emalı Zavodunun ərazisində yanğın baş verməsi barədə məlumat daxil olub.

Redaktor.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumat yayıb.

Bildirilib ki, dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.

Əlavə məlumat veriləcək.