Sərxoş çoban boğulub ÖLDÜ

 14:10 05.03.2025     174

Tovuz sakini bədbəxt hadisə nəticəsində ölüb.

Redaktor.az xəbər verir ki, rayonun Qaraxanlı kənd sakini 1984-cü il təvəllüdlü Ramin Kərəmov sərxoş halda qusarkən boğulub. Onun həyatını xilas etmək mümkün olmayıb.

Bildirilir ki, R.Kərəmov Ceyrançöl ərazisində çoban işləyib. Hadisə də onun işlədiyi yataqda baş verib.

Faktla bağlı araşdırma aparılır (Qafqazinfo).