Natiq Mehdinin qətlinə görə direktor müavininin 20 il həbsi İSTƏNDİLDİ

 17:48 05.03.2025     141

Müsavat Partiyasının fəal üzvlərindən olan Natiq Mehdini xüsusi amansızlıqla öldürməkdə ittiham olunan məktəb direktorunun müavini Elsevər İslamovun məhkəmə istintaqı tamamlanıb.

Redaktor.az-ın “Qafqazinfo”ya istinadla məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

Prokuror Elsevər İslamovun ittiham edildiyi maddələrlə təqsirli bilinərək 20 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.

Vəkilə müdafiə çıxışına hazırlanması üçün vaxt verilib. 

Qeyd edək ki, cinayət hadisəsi ötən ilin mayında Xətai rayonu 55 saylı orta məktəbin binasında baş verib. Direktor müavini Natiq Mehdini əvvəlcə öldürüb, daha sonra bədənini hissələrə ayıraraq boş ərazidə basdırıb.