Şəmkirdə 5 ha-dan çox ərazidə yanğın OLDU

 20:31 05.03.2025     192

Şəmkirdə 5 hektardan çox ərazidə yanğın olub.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, Şəmkir rayon Kür qəsəbəsi ərazisində 5 hektardan çox qamışlıq, kol-kos və ağacların olduğu ərazidə yanğın olub.

Əraziyə 3 yanğınsöndürən maşınlar və canlı qüvvə cəlb olunub.

İki istiqamətdə başlayan yanğının 1 hektardan çox ərazisində alovun qarşısı alınıb. Digər istiqamətdə yanğının söndürülməsi istiqamətdə işlər davam etdirilir.

Qeyd edək ki, yanğın səbəbindən Kür qəsəbəsində və yaxın ərazilərdə elektrik enerjisinin verilməsində fasilə yaranıb.