Gəncədə hamilə qadının ölüm səbəbi açıqlandı - YENİLƏNİB

Martın 6-da saat 05:00 radələrində 1984-cü il təvəllüdlü şəxs ailə üzvləri tərəfindən Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxanaya aqonal vəziyyətdə hospitalizasiya olunub.
Redaktor.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq bu barədə TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, 30 həftəlik hamiləlik, dəqiqləşdirilməmiş tromboemboliya diaqnozları təyin edilən şəxsin reanimasiyon tədbirlərə baxmayaraq, ölüm faktı qeydə alınıb.
09:30
***
Gəncədə 41 yaşlı qadın doğuş zamanı ölüb.
Redaktor.az-ın “Qafqazinfo”ya istinadla məlumatına görə, şəhər sakini 1984-cü il təvəllüdlü Z.Yusifova Gəncə şəhərində yerləşən xəstəxanaların birində doğuş zamanı keçinib.
Faktla bağlı araşdırma aparılır.