Bakıda külli miqdarda narkotik tapıldı - VİDEO

 11:46 06.03.2025     113

Bakı şəhər Xəzər rayonunda külli miqdarda narkotik aşkar edilib.

Redaktor.az xəbər verir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin əməliyyat aparatının DİN əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Ablasanov Seyran Tehran oğluna məxsus ümumi çəkisi 21 kiloqram 550 qram olan qurudulmuş marixuana Zirə qəsəbəsi ərazisində bağlar massivindəki yarımtikilidə aşkar edilib.

Narkotik tapıldığı yerdən götürülüb.

Faktla bağlı araşdırma aparılır.