Sumqayıtda Reabilitasiya Mərkəzi yanır - VİDEO

 13:17 06.03.2025     153

Sumqayıtda tikilidə yanğın başlayıb.

Redaktor.az “Report”a istinadən xəbər verir ki, hadisə Reabilitasiya Mərkəzində olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri və texnikası cəlb olunub.

Bildirilib ki, hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, sözügedən mərkəz narkotik aludəçilərinin müalicəsi üçün nəzərdə tutulub.