Daha bir körpə doğuş zamanı ÖLDÜ

 17:30 06.03.2025     64

Tovuzda doğuşda körpə ölümü baş verib.

Redaktor.az-ın məlumatına görə, hadisə Tovuz Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində qeydə alınıb. Rayonun Yanıqlı kəndində yaşayan 23 yaşlı Səmayə Abbasova 41-42 həftəlik hamiləliklə doğum şöbəsinə yerlədirilib. Körpə doğuşda ölüb.

Körpənin doğuş zamanı boğulmadan öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.