Culfada avtomobil piyadanı vuraraq ÖLDÜRDÜ

 19:00 06.03.2025     78

Culfada piyadanı avtomobil vuraraq öldürüb.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, Ordubad rayon sakini 1993-cü il təvəllüdlü Tərxan Rzayevin idarə etdiyi "Niva" markalı avtomobillə Culfa rayon sakini, 1963-cü il təvəllüdlü Malik Əliyev vurulub. Piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.

M.Əliyevin Naxçıvan Yol Təmir Tikinti MMC-nin Culfa sahəsinin əməkdaşı olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.