Bakı metrosunda qatarların hərəkəti ləngidi

 19:08 06.03.2025     84

Bakı metrosunun "28 May" stansiyasında "Dərnəgül-Əhmədli" marşrutu üzrə hərəkət edən qatarda texniki nasazlıq yaranıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC məlumat verib.

Nasazlıq səbəbilə sərnişinlər qatardan düşürülüb və qatar "Nərimanov" elektrik deposuna göndərilib.

Bunun əvəzinə xəttə qatar verilib. İki qatar arasında yaranmış 7 dəqiqəlik interval fərqi qısa müddətdə aradan qaldırılıb.

Qurum yaranmış müvəqqəti narahatlığa görə sərnişinlərdən üzr istəyir.