Biləsuvarda ov tüfəngindən güllə yarası alan kişi öldü - YENİLƏNİB

 22:58 06.03.2025     118

Biləsuvar sakininin ov tüfəngindən ehtiyatsız davranması, onun ölümünə səbəb olub.

Redaktor.az xəbər verir ki, 57 yaşlı İqbal Bağırov evinin həyətində əsəbləşib. Daha sonra o, ov tüfənginin qundağını yerə çırpıb. Bu zaman ov tüfəngindən açılan atəş, onun ölümünə səbəb olub.

Qeyd edək ki, İ.Bağırov Biləsuvar rayonunda yerləşən pambıq zavodlarının birində mexanizator vəzifəsində çalışıb.

Hadisə ilə bağlı TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, saat 20:30 radələrində 1968- ci il təvəlüdlü (kişi cinsli) şəxs Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına ölü vəziyyətdə gətirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

 

***

Biləsuvar rayonunda ov tüfəngindən güllə yarası alan kişi ölüb.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, hadisə Təzəkənd kəndində qeydə alınıb.

Belə ki, 1968-ci il təvəllüdlü İqbal Bəhlul oğlu Bağırov yaşadığı evin həyətində güllə yarası alıb.

Yaralı Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyib.

Hadisənin təfərrüatı dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.