Goranboyda kişi özünü elektrik cərəyanına verərək ÖLDÜRDÜ

 12:35 07.03.2025     601

Goranboyda dəhşətli intihar hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, 1960-cı il təvəllüdlü Əliyev Paşa Yaşar oğlu yaşadığı Yəhərçi kəndindəki evdə özünü elektrik cərəyanına verərək intihar edib.

65 yaşlı kişi hadisə yerində ölüb.

Onun intiharı ilə bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır (Qafqazinfo).