Zəhərlənərək ölən qardaş və bacıların FOTOSU

 17:37 07.03.2025     173

Xəbər verdiyimiz kimi, martın 5-də Göygöldə qardaş və iki bacısı zəhərlənərək ölüb.

Redaktor.az-ın “Qafqazinfo”ya istinadla məlumatına görə, hadisə zamanı 1990-cı il təvəllüdlü S. Müseyibova, 1999-cu il təvəllüdlü S. Hüseynli və onun bacıları - 2000-ci il təvəllüdlü Münəvvər Hüseynova və 2004-cü il təvəllüdlü Xatirə Hüseynova vəfat ediblər.

Qeyd edək ki, bədbəxt hadisə nəticəsində həyatını itirən X.Hüseynova Gəncə Dövlət Universitetinin 4-cü kurs tələbəsi olub. 

25 yaşlı Münəvvər Hüseynova isə Şəmkir rayonunun Səməd Vurğun adına qəsəbə tam orta ümumtəhsil məktəbində Azərbaycan dili və ədəbiyyatı ixtisası üzrə dərs deyirmiş.

Faktla bağlı araşdırma aparılır.