“Azərişıq”a məxsus avtomobil aşdı - Sürücü xəsarət ALDI

 18:54 07.03.2025     183

Ağcabədidə “Azərişıq”a məxsus avtomobil aşıb.

Redaktor.az APA-ya istinadla xəbəör verir ki, hadisə rayonun Boyat kəndi ərazisində qeydə alınıb. 1993-cü il təvəllüdlü Murad İbrahimlinin idarə etdiyi avtomobil idarəetməni itirərək aşıb. Xəsarət alan sürücü Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, M.İbrahimli “Azərişıq” ASC-nin əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.