Çərşənbə tonqalında yanan azyaşlı xəstəxanada öldü

 11:00 08.03.2025     183

Bərdədə yanıq xəsarətləri alan azyaşlı xəstəxanada ölüb.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Alaçadırlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, çərşənbə tonqalına yıxılaraq yanıq xəsarətləri aldığı deyilən 2019-cu il təvəllüdlü Nicat Qurbanzadə Bakıda yerləşdirildiyi xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.