Yevlaxda üzərinə hasar uçan qadın öldü

 11:11 08.03.2025     208

Yevlaxda üzərinə daş hasar uçan 20 yaşlı qadın ölüb. 

Redaktor.az APA-ya istinadla xəbər verir ki,  hadisə şəhərin “İnternat məktəbi” adlanan ərazisində qeydə alınıb.

Hadisə nəticəsində 2005-ci il təvəllüdlü Hüseynova Nərmin Rafiq qızı aldığı xəsarətlərdən ölüb. 

Faktla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılır.