Sumqayıtda 95 minlik dələduzluq

 13:48 08.03.2025     224

Sumqayıtda bir nəfərin 95 min manat pulu dələduzluq yolu ilə ələ keçirilib.

DİN-in Mətbuat xidmətindən Redaktor.az-a bildirilib ki, bu barədə polisə məlumat daxil olub.

Araşdırma nəticəsində cinayətdə şübhəli bilinən 32 yaşlı Sumqayıt sakini H.Həsənli saxlanılıb.

Faktla bağlı ilkin istintaq hərəkətləri davam edir.