İmişlidə üç nəfər dəm qazından boğularaq öldü - YENİLƏNİB

 23:16 08.03.2025     148

İmişli rayonunda dəm qazından ölənlərin şəxsiyyəti məlum olub. 

Redaktor.az hadisə nəticəsində ailənin xanımı Azadova Mehriban İdris qızı, onun övladları Azadov Məhəmməd Vasif oğlu və Azadova Fatimə Vasif qızı ölüb.

Ailə başçısı Vasif Azadovun isə vəziyyəti ağır olaraq qalır. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

İmişli rayonunda bədbəxt hadisə baş verib.

Redaktor.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Bəhrəmtəpə qəsəbəsində qeydə alınıb.

İlkin məlumata görə, bir ailənin üç üzvü yaşadıqları evdə dəm qazından boğularaq ölüb, bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.