DSMF-nin Zaqatala filialının müdiri piyadanı vuraraq öldürməkdə şübhəli bilinir - YENİLƏNİB - FOTO

Qaxda avtomobillə piyadanı vuraraq öldürən sürücünün vəzifəli şəxs olduğu bildirilir.
Redaktor.az "Report"a istinadən xəbər verir ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs Zaqatala şəhər sakini Turan Əsədovdur.
Qeyd edək ki, təqsirləndirilən şəxs Dövlət Sosial Müdafiə Fondunun Zaqatala rayon şöbəsinin müdiri vəzifəsində çalışır.
Sürücü Turan Əsədov rayonun Ləkit kəndi ərazisində piyadanı vurduqdan sonra onu həmin avtomobillə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına çatdırsa da, artıq gec olub.
***
Qaxda piyadanı avtomobil vuraraq öldürüb.
Redaktor.az "Report"a istinadən xəbər verir ki, hadisə axşam saatlarında Zaqatala-Qax avtomobil yolunun rayonun Ləkit kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, hərəkətdə olan minik avtomobili yolu keçmək istəyən 53 yaşlı Bakı şəhər sakini Natiq Həsənovu vurub.
N.Həsənov aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.
