61 yaşlı kişi spirtli içkidən ÖLDÜ

 19:40 09.03.2025     173

Gəncə sakini qəfildən dünyasını dəyişib.

Redaktor.az xəbər verir ki, hadisə şəhərin H. Əliyev prospektində qeydə alınıb.

Belə ki, 1964-cü il təvəllüdlü A.Novruzov spirtli içkinin təsirindən ölüb.

Mərhum ekspertiza üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Gəncə şəhər Şöbəsinə aparılıb.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.

//qafqazinfo