Bakıda ağır qəza: "BakuBus" yük maşınına ÇIRPILDI

 09:30 10.03.2025     151

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az oxu.az-a istinadla xəbər verir ki, hadisə bu gecə metronun "Koroğlu" stansiyasının qarşısında qeydə alınıb.

İlkin məlumata görə, "BakuBus"a məxsus sərnişin avtobusu yük avtomobilinə çırpılıb. Avtobusa ciddi ziyan dəyib.

Xəsarət alanların olub-olmaması ilə bağlı məlumat yoxdur.

Hadisə ilə bağlı aidiyyəti qurumlara sorğu verilib.