Balakəndə 3 yaşlı uşaq su vannasında boğularaq ÖLDÜ

 10:16 10.03.2025     78

Balakəndə 3 yaşlı uşaq su vannasında boğularaq ölüb.

Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə Balakən rayonunun Hənifə kəndində baş verib.

Kənd sakini 2022-ci il təvəllüdlü Rəvan Məmmədov yaşadığı evin həyətində su vannasına düşərək boğulub ölüb.

Araşdırma aparılır.