Qaynar su içən iki yaşlı uşaq ÖLDÜ

Ağcabədidə faciəli hadisə baş verib.
Redaktor.az xəbər verir ki, hadisə rayonun Rəncbərlər kəndində qeydə alınıb.
2 yaşlı Zəfər Cəfər oğlu Qurbanzadə yaşadığı evdə qaynar su içib. Yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilən uşaq orada ölüb.
Faktla bağlı araşdırma aparılır (oxu.az).