Şəhid atası vəfat etdi - FOTO

 15:18 10.03.2025     126

44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Cəlal İslamovun atası vəfat edib.

Redaktor.az shimal.news.az-a istinadən xəbər verir ki, şəhidin atası 95 yaşlı Ağahüseyn İslamov yaşadığı Xaçmaz rayonunda dünyasını dəyişib.

Şəhid atası bu gün rayonun Çarxı kəndində dəfn edilib.

Qeyd edək ki, 2001-ci il təvəllüdlü Cəlal İslamov 7 oktyabr 2020-ci ildə Suqovuşan istiqamətində şəhid olub. “İgidliyə görə”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif edilib.