Gəncədə məktəbli BIÇAQLANDI

Gəncə şəhərində məktəbli bıçaqlanıb.
Redaktor.az "Report"a istinadla xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən çayxanalardan birində baş verib.
On birinci sinif şagirdi Ə.İslamzadə mübahisə zəminində bıçaq xəsarəti alaraq xəstəxanaya aparılıb.
O, tibbi yardım göstərildikdən sonra evə buraxılıb.
İlkin məlumata görə, ona 8-ci sinif şagirdi olan məktəbli bıçaqla xəsarət yetirib.
Faktla bağlı araşdırma aparılır.