Xaçmazda yük avtomobilləri toqquşdu, yaralanan var - FOTO

Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, Ağçay üzərindəki körpünün yaxınlığında "Kamaz" markalı yük avtomobili "Qazel" markalı yük avtomobili ilə toqquşub.
Qəza zamanı "Qazel" markalı avtomobil aşıb.
Hadisə nəticəsində 1 nəfər xəsarət alıb.
Hazırda fakt araşdırılır.

