83 yaşlı kişi faciəvi şəkildə ÖLDÜ

 10:54 11.03.2025     216

Şərurda 83 yaşlı kişi yanaraq ölüb.

Redaktor.az xəbər verir ki, hadisə Şərur şəhərində baş verib. Fərdi yaşayış evində baş verən yanğın nəticəsində Şərur rayon Yengicə kənd sakini, 1942-ci il təvəllüdlü Əliyev Əbülfəz Məmməd oğlu yanaraq ölüb.
İlkin məlumata görə, yanğına səbəb elektrik sobası olub.
Faktla bağlı araşdırma aparılır.