Goranboyda maşın aşdı - xəsarət alan var

Goranboyda yol nəqliyyat hadisəsi baş verib.
Redaktor.az APA-ya istinadla xəbər verir ki, hadisə Gəncə-Goranboy-Tərtər-Ağdam yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. "VAZ "markalı minik maşını idarəetmədən çıxaraq yolun kənarına aşıb.
Qəza zamanı Kəlbəcər rayonu Zəylik kənd sakini 1977-ci il təvəllüdlü Əjdər Sadıqov xəsarət alaraq xəstəxanaya yerləşdiriıib. Onun vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma apararılır.