Tərtərdə iki avtomobil toqquşdu, ölən və yaralananlar var

 23:35 11.03.2025     139

Tərtərdə ağır yol-nəqliyyat hadisəsi baş verib, ölən və yaralananlar var.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə Tərtər şəhəri ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-2107" və "VAZ-21011" markalı minik avtomobillərinin toqquşması nəticəsində Bərdə rayon sakini, 2001-ci il təvəllüdlü Yaqub İsbəndiyarov dünyasını dəyişib.

Tərtər rayon sakini, 2003-cü il təvəllüdlü Emil Ağayev, Ağdam rayon sakini 1995-ci il təvəllüdlü Cəsarət Abışov və Ağdam rayon Orta Qərvənd kənd sakini, 2003-cü il təvəllüdlü Ümid Xıdırov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Tərtər Rayon Polis Şöbəsində araşdırma aparılır.