Ağsu sakinini “tok” vurub ÖLDÜRDÜ

 10:10 12.03.2025     208

Ağsuda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Redaktor.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, ötən gün saat 12 radələrində rayonun İlxıçı kənd sakini 1994-cü il təvəllüdlü Samir Vilayət oğlu Əhmədzadəni elektrik cərəyanı vurub.

Belə ki, S.Əhmədzadə rayonun Çiyni kəndi ərazisində elektrik naqili ilə ehtiyatsız davranması nəticəsində bədbəxt hadisə ilə üzləşib. O, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.