Kürdəmirdə qəfl qatarın qarşısına çıxan şəxs həyatını itirdi

 22:28 12.03.2025     128

Bu gün saat 19:00 radələrində Kürdəmir rayonu Qarabucaq kəndi yaxınlığında qəflətən bir nəfər kişi Bakı-Ağstafa istiqamətində hərəkət edən sürətli sərnişin qatarının qarşısına çıxıb.

Bu barədə Redaktor.az-a ADY-dən bildirilib.

Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafə az olduğundan hadisə qaçılmaz olub, 1980-ci il təvəllüdlü Bağırov Famiz Zeynal oğlu aldığı xəsarətdən dünyasını dəyişib.

ADY mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir və bir daha insanlara çağırış edərək onları dəmiryol xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçidlərindən keçməyə, həyatlarını riskə atacaq hərəkətlərdən çəkinməyə çağırır.

Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur və onları pozmaq inzibati məsuliyyət yaradır.

Dünyasını dəyişən şəxs 1980-ci il təvəllüdlü Bağırov Famil Zeynal oğludur.