Kürəkən keçmiş qayınatasını BIÇAQLADI

 11:25 13.03.2025     112

Qusarda kürəkən keçmiş qayınatasını bıçaqlayıb. 

Redaktor.az xəbər verir ki, hadisə Qusarın Muncuqoba kəndində baş verib.

Həmin kəndin sakini Ali Şıxbabayev keçmiş qayınatası Rövşən Mustafayevi şəxsi münasibətlər zəminində döş qəfəsindən bıçaqlayıb.

Yaralı Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma başlanılıb (Qafqazinfo).