“Yelo Bank”ın filial müdiri müştərinin çənəsini SINDIRDI

 14:46 13.03.2025     215

“Yelo Bank”ın filialında müdir müştərini döyüb.

Redaktor.az xəbər verir ki, bu barədə məlumatı tanınmış vəkil Aqil Layıc özünün "Facebook" səhifəsində paylaşıb.

Onun sözlərinə görə, filial müdiri Vüqar Xəlilov xidmətin gecikməsinə etiraz edən müştərini döyüb:

“Müdir əvvəlcə müştəriyə “bas bayıra” deyib. Sonra döyərək çənəsini sındırıb. Bu qədər qudurğan adamı hələ də filial müdiri kimi saxlayırsınız?”- deyə vəkil qeyd edib. 

2