"Nə yemək yeyə, nə də danışa bilirəm" - “Yelo Bank”da çənəsi sındırılan şəxs danışdı

Xəbər verdiyimiz kimi, tanınmış vəkil Aqil Layıc özünün "Facebook" səhifəsində "Yelo Bank"ın filial müdirinin xidmətin gecikməsinə etiraz edən müştərini döyərək çənəsini sındırdığını bildirib.
Zərərşəkmiş Təbriz adlı şəxs Redaktor.az-ın redaksiyası ilə əlaqə saxlayaraq hadisənin artıq hüquq-mühafizə orqanları tərəfindən araşdırıldığını bildirib:
"Məni vurub çənəmi sındıran şəxsin ad-soyadı Mirzəzadə Vüqar Rəhman oğludur. Anam xəstə olduğu üçün öz ad-soyadımın tam olaraq mətbuatda yazılmasını istəmirəm. Çünki anamın vəziyyətimdən xəbəri yoxdur. Qohum-əqrabam da hadisədən xəbərsizdir. Özüm də istəmirəm ki, onlar bunu bilsinlər. Adı çəkilən şəxs çənəmi sındırıb və iş artıq istintaqdadır. Nə yemək yeyə, nə də danışa bilirəm".
Vasif