Yevlaxda 17 yaşlı oğlan qətlə yetirildi - YENİLƏNİB

Yevlaxdakı qətl hadisəsini törətməkdə şübhəli bilinənlər saxlanılıb.
Redaktor.az xəbər verir ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2009-cü il təvəllüdü Mustafalı Həsən və 2007-ci təvəllüdlü Quliyev Rəhim polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
***
Yevlaxda qətl hadisəsi baş verib.
Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə Yevlax şəhəri ərazisində qeydə alınıb. Tərəflər arasında yaranmış mübahisə davaya səbəb olub. Nəticədə 2008-ci il təvəllüdlü Ayxan Quliyev bıçaqlanaraq öldürülüb. 2007-ci il təvəllüdlü Əli Zülfüqarlı isə xəsarətlər alıb. Xəsarət alan şəxs Yevlax mərkəzi xəstəxanasına çatdırılıb.
Fakt araşdırılır. Hadisəni törədən şəxsin saxlanılması istiqamətində tədbirlər həyata keçirilir.