Gəncədə iki yeniyetmə itkin DÜŞDÜ

 10:08 14.03.2025     156

Gəncə şəhərində iki yeniyetmə itkin düşüb.

Redaktor.az “Qafqazinfo” xəbər verir ki, 17 yaşlı Əliyev Kamil İlkin oğlu martın 9-da itkin düşüb.

Yaxınlarının sözlərinə görə, o, gecə saatlarında tanışının yaşadığı ünvandan Bakıya getmək adı ilə çıxıb və itkin düşüb.

Həmçinin martın 12-də 15 yaşlı Yaqubov Yəhya Əsgər oğlu Gəncədə yaşadığı evdən çıxıb, naməlum istiqamətdə gedərək itkin düşüb. 

Hər iki faktla bağlı Gəncə şəhər BPİ-nin 1-ci və 2-ci polis şöbələrində araşdırma aparılır.