Bakıda "Boranı" restoranındakı yanğın söndürüldü - YENİLƏNİB

"Boranı" restoranında baş verən yanğın söndürülüb
Redaktor.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, bacaya hopmuş yağ təbəqəsi yanğına səbəb olub:
"Baş verən yanğın FHN əməkdaşları tərəfindən tez bir zamanda söndürülüb".
10:15
***
Bakıda "Boranı" restoranında yanğın başlayıb.
Redaktor.az "Report"a istinadən xəbər verir ki, hadisə restoranlar şəbəkəsinin "Əhmədli" metro stansiyası yaxınlığında olan filialında qeydə alınıb.
Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin iki yanğındansöndürən texnikası cəlb olunub.
FHN-dən bildirilib ki, nazirliyin 112 qaynar xəttinə Xətai rayonu, Əhmədli qəsəbəsində yanğın baş verməsi ilə bağlı məlumat daxil olub:
"Hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və əməkdaşları cəlb olunub. Əlavə məlumat veriləcək".