Goranboyda məktəblilər şirin pambıqdan zəhərləndi - YENİLƏNİB

 14:06 14.03.2025     267

Bu gün saat 11:20 radələrində 2016-cı il təvəllüdlü 2 azyaşlı zəhərlənmə şübhəsi ilə Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. 

TƏBİB-dən Redaktor.az-a  bildirilib ki, onlara dəqiqləşdirilməmiş dispepsiya diaqnozu təyin edilib. 

Qeyd olunub ki, pasiyentlərə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.

***

12:28

Goranboyda məktəblilər şirin pambıqdan zəhərlənib.

Redaktor.az "Report"a istinadla xəbər verir ki, rayonun Səfikürd kəndinin sakinləri - Səfikürd kənd tam orta məktəbin üçüncü sinif şagirdləri, 2016-ci il təvəllüdlü Nənəxanım Fəxri qızı Kərimova və 2016-cı il təvəllüdlü Sürəddin Elməddin oğlu Əliyev şirin pambıq yeyiblər.

Onların bir müddət sonra halı pisləşib və zəhərlənmə şübhəsi isə Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliiblər, vəziyyətləri normaldır.

Faktla bağlı araşdırma aparılır.