Tərtərdə ata oğlunu ÖLDÜRDÜ

Tərtərdə qətl törədilib.
Redaktor.az "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Kəngərli kəndində qeydə alınıb.
Kənd sakini, 1968-ci il təvəllüdlü Muğan Həsənov münaqişə zəmində oğlu, 1991-ci il təvəllüdlü Emin Həsənzadəni bıçaqlayaq qətlə yetirib.
Hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb, faktla bağlı araşdırma aparılır.