Şəmkir sakini ehtiyatsızlıqdan güllə yarası ALDI

 19:15 14.03.2025     356

Şəmkirdə bədbəxt hadisə baş verib.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Səməd Vurğun kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1970-ci il təvəllüdlü Elxan Mayılov ağacdan yıxılan zaman əlində olan silahdan açılan atəş nəticəsində xəsarət alıb.

Elxan Mayılov xəstəxanaya yerləşdirililib.

Faktla bağlı araşdırma aparılır.